Respublikada “Elektron hökumət”: mövcud vəziyyət,problemlər, perspektiv və gözləntilər.
Müasir
dövlət intellektin təntənəsidir
İlham
Əliyev
Son
illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən
biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması
hesab edilir. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından
istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının
ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici
vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin
göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi
xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan
“məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və
şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş
tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən
məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Təbii ki,
texniki baxımdan həyata keçirilən bu işlər son nəticədə elektron hökumətin
qurulması, elektron xidmətlərə keçid, elektron həllərin reallaşmasına möhkəm
zəmin yaradır. Müasir inkişafın əsas tələblərindən biri məhz budur. İnsanların
dövlət orqanları ilə elektron əlaqəsinin yaranması, elektron imzadan istifadə
etməsi, digər elektron xidmətlərdən faydalanması zamanın tələbidir. Elektron xidmətlər
vətəndaşın işini asanlaşdırır, onun vaxtdan səmərəli istifadə etməsinə səbəb
olur. Vətəndaş təqaüdə çıxmaq, evini satmaq, telefon çəkdirmək, hansısa dövlət
qurumuna müraciət etmək və bu qəbildən olan digər işlər görmək istəyirsə,
bilavasitə dövlət qurumuna getmək, yaxud kənddən rayon mərkəzinə və ya paytaxta
gəlmək üçün ehtiyac yoxdur. Artıq buna müasir informasiya texnologiyaları
yardımçı olur, vətəndaş elektron hökumət portalına daxil olaraq müvafiq
əməlləri həyata keçirərək öz istəyinə çata bilir. Elektron xidmətlərin tətbiqi
isə məmur-vətəndaş arasında birbaşa təması aradan qaldırır, belə olan halda
bürokratik əngəllərin yaradılması mümkünsüzləşir. Beynəlxalq təcrübəyə əsasən
vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili
üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının
göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı
tətbiq edilir. Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq
təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq
edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il
tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza
yaradılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görlən
işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər
dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun
yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi
üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının
informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən
infrastruktur qurulmuşdur, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə
verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron
xidmətlərin göstərilməsini təmin edə bilirlər.
Sözün məhdud mənasında
e-demokratiya bu və ya digər rəsmi qərarlar tələb edən müvafiq
konstitusiya hüquqlarının təmin olunması üçün elektron dəstəyin istifadə
olunmasından ibarətdir. Demokratik institutların gücləndirilməsi və ictimai ,
siyasi fəaliyyətdə vətəndaşların iştirakının genişləndirilməsi üçün informasiya
infrastrukturlarının və informasiya-kommunikasiya texnologiyalarının istifadəsi
«elektron demokratiyanın» (e-demokratiyanın) mahiyyətini təşkil edir. Məhdud və
geniş mənalarda elektron demokratiyanı fərqləndirirlər. Sözün geniş mənasında
e-demokratiya anlayışı fikirlərin nəzərə alınması və vətəndaşlar ilə
təşkilatların siyasi münasibətlərə və proseslərə cəlb olunması deməkdir. Əgər
«elektron demokratiya» anlayışının təkamülünü nəzərdən keçirsək, o zaman onun
inkişafı prosesində bir neçə vacib pillələri qeyd etmək mümkündür. Onlara ilk
növbədə, «teledemokratiya» anlayışını şamil etmək lazımdır. Bu anlayış XX əsrin
60 illərinin sonlarında – 70 illərin əvvəllərində kabel televiziyası
kanallarının meydana çıxması ilə yaranmışdır. Teledemokratiya elektron
demokratiyadan əvvəl gələn forma kimi nəzərdən keçirilə bilər.
Teledemokratiyanın məzmunu televiziya və ya telefonun eyni zamanda istifadə
olunması yolu ilə bu və ya digər siyasi debatlarda vətəndaşların iştirakı
imkanını əks etdirir. Tamaşaçılar
televizor vasitəsilə hər hansı bir siyasi tədbiri müşahidə edərək telefondan
istifadə etməklə bu tədbirdə iştirak edə bilərlər. Teledemokratiyanın məqsədi
vətəndaşların siyasi prosesdə birbaşa iştirakının artımına yardım göstərməkdən
və elektron kommunikasiya vasitələrinin texniki imkanları əsasında struktur
islahatları irəli çəkməkdən ibarətdir. Lakin, 80-ci illərin sonunda
televiziyadan və telefondan istifadə etməklə keçirilən eksperimentlərin
demokratiyanın nə yeni formalarına, nə də vətəndaşların siyasi fəallığının
fəallaşdırılmasına gətirib çıxarmadıqları məlum olmuşdur. Bütün bunlar ilə
yanaşı «teledemokratiya» gələcək «elektron respublikanın» əsasını qoymuşdur. O,
80-ci illərin sonunda Y. Xabermas tərəfindən işlənib hazırlanmış ictimai sahədə
islahatların keçirilməsi istiqamətlərinin nəzəri əsaslarına istinad etmişdir.
O, yaranmış kiber məkanını aktual ictimai problemlər ilə bağlı sərbəst
müzakirələrin məkanı kimi çıxış edən yeni ictimai sahə kimi, eləcə də, hər bir
vətəndaşın nəinki münasibət bildirdiyi, eləcə də, dinlədildiyi sahə kimi təyin
etmişdir. Elmi birlik Ö. Xabermasın ideyalarına əsaslanaraq vətəndaş cəmiyyətinin strukturlarının
formalaşması proseslərinin və yeni texnologiyaların arasındakı qarşılıqlı
əlaqənin öyrənilməsinə, demokratiya təcrübələrində İnternet kompyüter
şəbəkəsinin və informasiya infrastrukturunun rolu və yerinin təyin olunmasına
yönəlmiş tədqiqatları inkişaf etdirməyə başlamışdır. Kibernetik məkanın
yaradılmasının çərçivələri daxilində elektron demokratiyaya keçid
konsepsiyasında əsas anlayış kimi nəzərdən keçirilən «kiberdemokratiya»
anlayışının meydana çıxması baş verir. 90 illərin əvvəllərində qlobal kompüter
şəbəkəsində bir tərəfdən, dövlət əhəmiyyətli qərarların qəbul olunması
proseslərində inqilabi dəyişiliklər aparmağa qadir olan böyük potensialın
əksini tapması haqqında anlayış yaranmış, digər tərəfdən isə - «virtual birliklər vətəndaşlara
demokratiyanı canlandırmaqda kömək edə bilərdilər». Bu ərəfədə Q. Reynqoldun təşəkkül tapdığı
«virtual konsepsiyası» konsepsiyası kompüter şəbəkələrinə istinad edir və bu
şəbəkələr demokratik dəyərlərin möhkəmləndirilməsi üçün zəruri sosial kapitalın
yaranmasına yardım göstərən vasitə ola bilər.Kompyüter şəbəkələrinin ictimai
fikrə və məhdud səsverməyə dair sorğuları minimal xərclər ilə və kifayət qədər
sürətlə keçirməyə, yəni, dövlət strukturları tərəfindən qəbul olunan qərarların
işlənib hazırlanmasına vətəndaşların təsirini şəxsləşdirməyə, onların yerinəi
yetirilməsinə nəzarəti həyata keçirməyə və bununla da demokratiyanın əsasverici
meyarlarını realizə etməyə imkan verdikləri məlum olmuşdur. Elektron
demokratiya təşəkkül tapmasının ilkin mərhələlərində bir qayda olaraq,
vətəndaşların hökümətin ictimai baxımdan əhəmiyyətli informasiyasına daxil
olmalarını təmin etməklə, eləcə də, hökümətin bu və ya digər qərarları ilə
bağlı səs vermək imkanını təqdim etməklə məhdudlaşır. Sonrakı təkamül hər iki
tərəfin imkanlarını genişləndirir və vətəndaşlarda istənilən münasib iştirak
səviyyəsini sərbəst şəkildə seçmək imkanının yaranmasında təzahür edir.
Bütün
bunlar ilə yanaşı, vətəndaşların ictimai fəallığının artırılması üçün dövlət
tərəfindən yaradılan «elektron demokratiya» kimi eksperimental layihələr
təcrübədə öz funksiyasını yerinə yetirə bilməmişdirlər. Lakin, onlar
informasiya cəmiyyətinin ideyalarının həyata keçirilməsinə yardımçı olub, ABŞ –
da Milli İnformasiya İnfrastrukturunun Doktrinası (NII) kimi layihələrin və
Avropada oxşar layihələrin inkişafına təkan vermişdirlər və onların həyata
keçirilməsində də dövlət hakimiyyəti orqanlarını, vətəndaşları və biznesi fəal
şəkildə cəlb etmək nəzərdə tutulurdu.Təcrübədən göründüyü kimi, icra
hakimiyyəti orqanları tərəfindən funksiyalarının yerinə yetirilməsi üçün
inforkommunikasiyanın fəaliyyətinə dəstək vermək üçün kiber məkanın sosial
institutu kimi çıxış edən dövlət maraqlıdır.
Bu dövlətin fəaliyyətinin tərkib hissəsi olub, obrazlı olaraq «elektron
hakimiyyət» adlandırılmışdır. EH-nin yaradılmasına əngəllərdən biri də odur ki,
prezidentin 23 may 2011-ci il tarixli sərəncamı mərkəzi hakimiyyət orqanını
əhatə edir və orada yerli hakimiyyət orqanlarının və bələdiyyələrin
məsuliyyətindən danışılmır. Dövlət qurumlarının göstərdiyi xidmətlər haqda məlumat
verilmir ki, bu da onların elektron formaya köçürülməsini çətinləşdirir, hər
bir idarə üzrə xidmətlərin göstərilmə prinsipləri müəyyən edilməyib. Elektron
xidmətlərin tətbiqi üzrə vahid mərkəz olmalıdır və bu mərkəz layihənin
reallaşması üzrə vahid siyasət və texnologiyaya malik olmalıdır. Beynəlxalq
təşkilatların dəstəyinə baxmayaraq, Azərbaycanda elektron hökumət işi ləng
gedir. Bu, məmurların kağızdan onlayn münasibətlərə keçməyə psixoloji hazır
olmaması ilə izah olunur.Azərbaycanın beynəlxalq reytinqinə istinad edərək
vəziyyətlə razı olduğunu bildirib. Bu reytinqdə ölkə 53-cü yerdədir. Həmçinin
EH-nin tətbiqi üçün bəzi texniki maneələrin olması, əsasən internetin aşağı
sürəti qeyd olunub. Beynəlxalq təsnifata görə, Azərbaycan ölkə üzrə orta göstəriciyə
- 2 mqb/san görə 106-cı yeri tutur. Digər ciddi problem müxtəlif Nazirliklərin
tam qaydada Elektron imzaya keçməməsidir. Bundan başqa daha maraqlı bir şey
var. Azərbaycan vətəndaşının elektron imzaya sahib olması üçün 25 manat ödəməsi
lazım. Bu pul ödəndikdən sonra imzanı taxmaq üçün lazım olan karti isə ayrıca
almalıdır. Bu gün "Elektron hökumət"lə bağlı yazı müsabiqəsi üçün,
vətəndaşların online səs verməsi üçün, Elektron hökumət portalından
qeydiyyatdan keçməlidir. Burda maraqlı tendesiya var. Əgər ev telefonu mənim
adıma deyilsə,mənim ümumazərbaycan pasportum yoxsa, Rabitə nazirliyindən
elektron imza ilə bağlı simsim nömrə almamışamsa o zaman mənim qeydiyyatımda
problemlər yaranır. Əslində Elektron hökumət əhalinin işinin asalanlaşdırılması
deməkdir. Amma bu şəkildə olduğu halda daha da çətinləşir. Hesab edirəm ki,
bunu daha da sadələşdirmək olardı. Portaldan qeydiyyatdan keçərək, online səs
vermək üçün hazırlanan çarxın özündə göstərilmir ki, Sizin adınıza olan sim sim
nömrə Rabitə Nazirliyi tərəfindən verilən və Vergilərdə qeydiyyatdan keçən
nömrə olmalıdır. Mənim dostlarimin Sim sim nömrələri öz adlarına olduğuna baxmayaraq, orda yazılır ki, bu
nömrə Sizin adınıza deyil. Elekron hökumətin fəlsəfəsi əhalinin rahat olması
deməkdir,amma nədənsə Biz əhalini uzun yollarla getməyə vadar edirik. Digər
problem DSMF-nun g&¨stərdiyi elektron xidmətlərdədir. DSMF-nin saytında fiziki və hüquqi şəxslər
üçün online xidməti hesabat vermək üçün yaradılsa da sistem artıq (yanvar
ayından hazırdır), amma tam hazır deyil. Hələ də köhnə qayda ilə hesabatlar
verilir. Bu da vətəndaşların uzun süründürməçiliyinə gətirib çıxarır. Amma bu
mənfi hallarla yanaşı bu gün müsbət addımlar da var. Elektron xidmətlərin
çeşidinin genişlənməsi şəffaflığın artmasına, vətəndaşların rahatlığına və
onların dövlət qurumlarından istədiyi informasiyaları, məlumatları əldə
etməsinə imkan verir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
bildirib ki, son illər aparılmış araşdırmalar e-xidmətlər dövlət qurumları ilə
vətəndaşlar arasında münasibətlərin tənzimlənməsi baxımından ən səmərəli vasitə
olduğunu göstərir. Nazirin fikrincə, e-xidmətlər insanların şikayətlərinin
azalmasında da mühüm rol oynayır. Son altı ayda «Elektron hökumət» portalına
260 mindən çox müraciət edilib. İstifadəçilərin
sayındakı artım paytaxtla yanaşı, bölgələrdə də müşahidə olunub.E-xidmətlərdən
biznes strukturları, sahibkarlar, ictimai qurumların nümayəndələri, müxtəlif
peşə sahibləri ilə bərabər, sadə vətəndaşların da istifadəsi genişlənir.
İnformasiya və kommunikasiya infrastrukturunun genişlənməsi və mütərəqqi
texnologiyalar əsasında müasirləşdirilməsi ölkədə informasiya cəmiyyətinin
inkişafına təkan verir. İnsanların açıq informasiya əldə etmək hüquqlarının
artması dövlət orqanları ilə təmasları minimuma endirir, bu isə son nəticədə
şəffaflığın güclənməsinə yol açır. Elektron xidmətlər, ümumiyyətlə, İKT-nin son
yenilikləri yeni münasibətlər sisteminin -
informasiya cəmiyyətinin yaranması və formalaşmasının bünövrəsini təşkil
edir və cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və
şəffaflığın təmin olunmasında vacib elementə çevrilir. Buna görə də Azərbaycan
hökuməti milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına
inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində fəal
iştirak edir. Bu məqsədyönlü tədbirlər - elektron xidmətlərin göstərilməsinə
hazırlıqla bağlı görülən işlər, «elektron hökumət» quruculuğu ölkəmizdə
cəmiyyətin informasiyalaşdırılmasını təmin etməklə bərabər, Azərbaycanın
elektron idarəçiliklə bağlı mövqeyinin və nüfuzunun beynəlxalq miqyasda
yüksəlməsinə səbəb olacaq. Vətəndaşların dövlət qurumlarından razılığı,
şikayətlərin azalması Azərbaycanın şəffaflıq göstəriciləri ilə bağlı beynəlxalq
hesabatlarda mövqeyinə də əhəmiyyətli təsir göstərir. Məsələn, BMT-nin və bir
sıra İKT qurumlarının rəylərində e-xidmətlərdən istifadənin tətbiqi sayəsində
dövlət qurumlarında şəffaflığın artması qeyd olunur. Göstərilir ki,
Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət
idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə
informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət
siyasətinin prioritetlərindən birinə çevrilib və bu sahədə sistemli tədbirlər
davam etdirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) əsas
icraçı orqan olaraq elektron hökumət infrastrukturunun vacib tərkib hissəsi
olan informasiya mübadiləsi sisteminin formalaşmasını uğurla başa çatdırıb. 8
dövlət qurumu artıq bu infrastruktura qoşulub və onların təqdim etdikləri
xidmətlər elektron hökumət portalına inteqrasiya olunmuşdur. Məsələn, RİTN
ilkin mərhələdə telefonların çəkilişi və digər əlaqəli servis xidmətlərini
elektron şəkildə təşkil etmişdir. Hazırlıq səviyyəsindən asılı olaraq digər
dövlət orqanları da tədricən bu sistemə qoşulacaqlar və göstərilən xidmətlərin
sayını getdikcə artıracaqdır. Bu gün müəllimlərin işə qəbulu elektron şəkildə aparılır. Müəllim
electron ərizə doldurur. Ona lazım olan vakan yeri seçir və imtahan vaxını
gözləyir. Daha sonra imtahan verir və
verdiyi gündə artıq növbəti tura keçdiyini bilir. Bu da korrupsiyanın qarşısını
almış olur. Nostrfifikasiya, Xaricdə Təhsil bölmələri ən azından vətəndaşların
süründürməçilik və bu sahədə olan şəfafflığı qorumuş olur. Tez-tez eşitdiyimiz
“Sosial şəbəkə, sosial media” mövzusu gündəlik həyat tərzimiz kimi məişətimizə
də daxil olub. Çox az insan tapılar ki, mobil telefonlardan, müxtəlif markalı
kompyuter və nootbuklardan istifadə etməsin. Mobil rabitədə 4G texnologiyalı
stansiyaların quraşdırılması İKT-nin ən müasir növü olsa da sonuncu deyil.
Bunlar insanların rahatlığını təmin edir.
Deyildiyi
kimi, cəmiyyətin inkişafı və təşəkkülü informasiya texnologiyalarının, konkret
olaraq internetin imkanlarına əsaslanır. Dünyada baş verən sosial-iqtisadi
hadisələr, sosial şəbəkələrdə, bloqlarda, yerləşdirilən informasiyalar hər kəsi
maraqlandırır. Daha doğrusu dəqiq müəllifi bilinməyən, kollektiv bir “məhsul”
olan saytlardan hər kəs istədiyi və özünə lazım olan hissəni götürür. Bu, artıq
ənənəvi haldır. Bu cür interaktivlik sayəsində sosial şəbəkə yazılı və elektron
KİV-ləri bir növ üstələyir. Sosial media inhisarçılıq mühitini dağıdır. Başqa
sözlə, artıq vertikal medianın yerinə horizontal media gəlir. Yəni sosial media
vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan birinə çevrilir.
Artıq insanlar internet-texnologiyaların imkanlarından istifadə edərək bloqlar,
sosial şəbəkələr vasitəsilə təmas qururlar. Məlum olduğu kimi, internetin fəaliyyəti,
hüdudları hər hansı bir ölkə ilə məhdudlaşmır, qlobal xarakter daşıyır və bütün
bəşəriyyətin ümumi sərvətinə çevrilir. İKT-nin inkişafına dair təşkil olunan
beynəlxalq simpozium və konfranslarda müasir cəmiyyətin əsas özəyi olan
internetin qanunauyğunluqları, dəyərləri qiymətləndirilir, yenilənir və
təkmilləşdirilir. İKT-nin daha çox tətbiq olunduğu medianın fəaliyyəti ilə
bağlı digər mühüm problemlərin, informasiya təhlükəsizliyinin, fərdi
məlumatların qorunması isə qanunlarla tənzimlənr.
Azərbaycan
müasir inkişaf yolunu seçib. Ölkə Prezidenti cənab İlham Əliyev 2013-cü ili İKT
ili elan edib və bu, heç də təsadüfi deyil. Son illər İKT-nin inkişafı
sahəsində Azərbaycan böyük uğurlar əldə edib və bu sahədə inkişaf tempinə görə
bir çox inkişaf etmiş ölkələri geridə qoyub. Belə inkişaf nəticəsində 2013-cü
il fevralın 8-də Azərbaycan özünün ilk telekommunikasiya peykini orbitə
çıxarıb.
Dünya
ekspertlərinin qənaətinə görə, İKT sektorundan olan gəlirlər 5 ildə iki dəfə
artır. Ona görə gələcəkdə dünya ÜDM-nin 80 faizini İKT gəlirləri təşkil edəcək.
Qeyd edək ki, son üç ildə Azərbaycanda İKT gəlirləri iki dəfə artaraq dünya
göstəricisini geridə qoymuşdur. Dünyada İKT sektoruna maraq getdikcə
artmaqdadır. Əgər bir neçə il bundan öncə İKT sahəsində dünyanın sadəcə 20-30
faiz şirkəti çalışırdısa, bu gün bunların sayı 50 faizi keçmişdir və həmin
rəqəm getdikcə artmaqdadır.
Dünya
Bankının statistikasına əsasən, ölkələrin inkişafında üç amil xüsusi rol
oynayır - insan faktoru, sənaye və təbii sərvətlər. Dünyanın ən inkişaf etmiş
regionunda insan faktorunun inkişafa təsiri 76 faiz təşkil edir. Ona görə
Azərbaycan Prezidenti İlham Əliyev İKT sektorunu ölkədə ikinci prioritet sahə
elan edib və "Neft faktorunu insan kapitalına çevirək" tezisini irəli
sürüb.
İKT-nin
daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək
Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya
Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan
Respublikası Prezidentinin sərəncam və fərmanları verilmişdir. İKT məhsul və
xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə
qərar verilmişdir.
Bu
gün Azərbaycan beynəlxalq aləmdə yüksək hörmətə malik olan tərəfdaşa
çevrilmişdir. Heç də təsadüfi deyil ki, Davos İqtisadi Forumunun təşkilatçısı
professor Klaus Şvabla əldə edilən anlaşmaya əsasən, 2013-cü ilin aprel ayında
Azərbaycanda Dünya İqtisadi Forumu keçiriləcəkdir. Bu məsələdə İKT sahəsinin
yüksək inkişafı da öz rolunu oynamışdır. Bu hadisə bir daha təsdiq edir ki,
Azərbaycanın inkişaf modeli beynəlxalq aləmi cəlb edir.
2012-ci
ildə İKT sektorunun gəlirləri Azərbaycanda 18 faiz təşkil edib və bu göstərici
dünya göstəricisindən 2,5 dəfə yüksəkdir. Azərbaycanda "Evlərə
optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli,
genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə
hazırlanmışdır və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait
ayrılmışdır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir.
Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, genişzolaqlı internetə çıxışı təmin
etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da
həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər
olacaqdır. 2012-ci ildə Azərbaycan 4-cü nəsil mobil rabitə texnologiyasını
tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olmuşdur. İndi hər 100
nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB
ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisinin 100 faizini əhatə etmişdir.
İndi mobil abunəçilərin əksəriyyəti həm də sürətli internet istifadəçisidir.
Azərbaycan
Respublikasının rabitə və informasiya texnologiyaları naziri akademik Əli
Abbasovun verdiyi məlumata görə, "Azərbaycan-2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasına əsasən İKT-nin illik artımı təxminən 18-20 faiz
ətrafında saxlanacaq və qarşıdakı 8 ildə sektorun gəlirləri 8-9 milyard ABŞ
dolları ətrafında olacaqdır. Buna əsasən
rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monitar
güzəştlər, ixrac potensialının
artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının və yüksək
texnoloji məhsul və xidmətlərin yaradılması
güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı
hesabına olacaqdır.
Bakı
şəhəri, 155N-li tam orta məktəbin ibtidai sinif müəllimi
Məmmədova
Vəfa
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin “E-hökumət”lə bağlı elan etdiyi
yazı müsabiqəsinə təqdim etmək üçün
Comments
Post a Comment