Posts

“GreenSchool"intellektualları" layihəsi uğarla yekunlaşdırıldı

Image
Xətai rayonu T Bağırov adına 59 saylı tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə VIll Qrant müsabiqəsinin qalibi olmuş “GreenSchool"intellektualları" fərdi layihəsinin yekunlaşması ilə bağlı tədbir keçirildi. Tədbirində məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Günay Məmmədova,layihədə iştirak edən müəllimlər ,layihə iştirakçıları ,layihə təlimçisi Elnarə Nərimanova və layihə rəhbəri Hüseynova Ülkər iştirak edirdi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və inavasiyalar üzrə VIll qrant müsabiqəsinin qalibi olan "GreenSchool"intellektualları layihəsində bütün komandalar ekoloji problemlərin həllinə yönəlmiş layihələrinin təqdimatını etdi.Ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirdilər. Layihə rəhbəri Ülkər Hüseynova layihə çərçivəsində görülən işlərdən, layihənin əhəmiyyətindən danışdı. Uğurla həyata keçirdiyini bildirərək, layihəyə dəstək olan, tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

“Sağlam Psixologiya-Güclü təhsil” layihəsi

Image
Təhsildə inkişaf və innovasiyalar üzrə 8-cı qrant müsabiqəsi üzrə qalib olmuş “Sağlam Psixologiya-Güclü təhsil” “Layihəsi monitorinqinə “Demokratik Gənclər” İctimai Birliyin sədri Azərbaycanda Təhsil eksperti olan Ramil Süleymanovu bu layihəyə ekspert kimi dəvət etmişdir. Layihə boyunca həyata keçirilən dərslər olduqca maraqlı olmuşdur.Aparılan monitorinq zamanı əldə olunmuş maraqlı nəticələr: Psixoloji işin məzmunu Aparılan psixoloji iş zamanı aşağıdakı məqsədlər əsas götürülmüşdür. -Şagirdlərin diqqət səviyyəsinin öyrənmə tərzini özünüqiymətləndirməsini müəyyənləşdirmək -Şagirdləri öyrənmə tərzləri ilə tanış etmək öyrənmə tərzlərinin effektiv üsullarını araşdırmaq -Şagirdlərdə özgüvən problemləri və onların aradan qaldırılması yollarını izah etmək -Şadirdlərə sinfin qaydalarını və prosedurlarını izah etmək -Müəllimlərə səriştəli müəllim haqqında maarifləndirmək -Müəllimlərə temperament tipi haqqında məlumatlandırmaq -Müəllimlərin temperament tipini müəyyənləşdirmək -Valideynləri maar...

Respublikada “Elektron hökumət”: mövcud vəziyyət,problemlər, perspektiv və gözləntilər.

Müasir dövlət intellektin təntənəsidir İlham Əliyev Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Təbii ki, texniki baxımdan həyata keçirilən bu işlər ...
“Beyin axınının qarşısını alaq!” Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları “Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə  dəstəyi ilə icra etdiyi ““Beyin axınının qarşısını alaq!” Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Sentyabr  ayının15-16-da Quba rayon Amsarkənd orta məktəbinin Təlim mərkəzində   fəaliyyət göstərən, müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər, yuxarı sinif şagirdləri  və  müxtəlif içtimai təşkilatlarda çalışan gənclər üçün 2 günlük təlim keçirildi. Təlimi giriş sözü ilə açan Birliyin rəhbəri Ramil Süleymanov təlim iştirakçılarına, bu təlimin Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə baş tutduğunu və bu layihənin məqsədi haqqında iştirakçılara geniş məlumatlar verdi. Təlimi Azerveb saytının administratoru, “Ferhadov Studio” MMC-nin direktoru Fərhado...
“Beyin axınının qarşısını alaq!” Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları     “Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 2012-ci ilin avqust ayından etibarən “Beyin axınının qarşısını alaq!” Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları“mövzununda yeni layəsini həyata keçirəcək.   Qeyd edək ki, bu layihənin əsas məqsədi Layihənin əsas məqsədi Region gənclərinin Layihə Şimal regionunda 2 ay müddətində həyata keçiriləcək. Bu regionlar üzrə Layihə çərçivəsində 300 nəfər gənc resurslarından istifadə etməklə iş yerlərinin axtarılması və karyera imkanlarınını dəyərləndirəcəklər. Bu yollu  şəxsi iş axtarma strategiyasının qurulması,liderlik bacarıqlarının aşılanması,  şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun (cover letter) hazırl...

Qarabağ həqiqətlərini Dünya ictimayətinə çatdırılması üçün Vikipediyadan düzgün istifadə edilməsi ilə bağlı Kitab işıq üzü gördü

Image
“Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “ Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya   olan   Vikipediyada Qarabağ   həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. May ayının 28-də Sumqayıt şəhərində Sumqayıt şəhərində fəaliyyət göstərən Gənclər Təşkilatları və Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin nümayəndələrinin iştirakı ilə Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya   olan   Vikipediyada Qarabağ   həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi” adlı kitabın təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan birliyin rəhbəri Ramil Süleymanov ilk öncə layihə haqqında daha sonra bu kitabda olan mö...

Demokratik Gənclər İctimai Birliyi Qarabağ həqiqətlərini dünya ictimayətinə çatdırmaq yolunda

Image
“Demokratik Gənclər İctimai Birliyi” bu kitabı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maari fləndirilməsi” layihəsi çərçivəsində eyni adlı kitabını yaxın gunlərdə artıq Gənclərin istifadəsinə verəcək.Biz əminik ki, bu kitab Qarabağ həqiqətlərinin Beynəlxalq ictimayətə düzgün çatdırılmasına köməklik edəcək və gənclər üçün stolüstü kitaba çevriləcək. Onlar bu vəsait vasitəsi ilə, informasiya müharibəsi və bu müharibəni qazanmağın yollarını, bu sahədə olan beynəlxalq təcrübələri öyrənmiş olacaqlar.