Gənclər yeni metodla döyüşə gedirlər
“Demokratik Gənclər İctimai Birliyi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi” layihəsini həyata keçirtməyi planlaşdırır. Layihənin əsas məqsədi - Gənclərin Qarabağ həqiqətlərinin artırmasında virtual aktivliklərinin artırılması - Gənclərin ictimai məsuliyyətlərinin artırılması - Gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli olması - İnternet resurslarında səmərəli istifadə etməklə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması Layihə 2 ay müddətində Sumqayıt, Quba, Masalı şəhərlərini əhatə edəcək layihə aşağıdakı fəaliyyət mərhələlərini əhatə edəcək. Layihə gənclərin internet texnologiyalarına düzgün istifadə etməsinə, internet resurslarda Qarabağ həqiqətlərinin düzgün yerləşdirilməsi və bu informasiyanın beynəlxalq ictimaiyyətə düzgün çatdırılacaq. Təlim kurslarının həyata keçirilməsi üçün yer və kompyuterlər və məlumatların yayılması “Demokratik Gənclər” İctimai birliyi tərəfindən və yerli könüllülər tərəfindən və o cümlədən bu sahədə təcrübəsi olan təşkilatlar tərəfindən təşkil olunacaq və həyata keçiriləcəkdir. Layihənin həyata keçirilməsində atılan addımlar aşağıdakılardır:-Layihə çərçivəsində nəşr olunacaq bülletenlərin hazırlanması - Qeyd olunan şəhərlərdə 2 günlük treninqlərin təşkili (mövzular üzrə ekspert və treynerlər)
-“Viki” aksiyanın həyata keçirilməsi - “Dəyirmi masaların həyata keçirilməsi Layihənin sonunda hər 3 regionda Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması üçün xüsusi mərkəz yaradılacaq ki, bu mərkəzdə biz tərəfdən öyrədilən v könüllü əsaslarla işləyən, gənclər mütamadi olaraq gündəlik vikipediyada qarabağla olan rus və ingilis dilli təhrif olunan məlumatları editlər, yəni düzəlişlər edərək bunu dünya ictimaiyyətinə düzgün formada çatdıracaqlar.

Comments
Post a Comment