Demokratik Gənclər İctimai Birliyi Qarabağ həqiqətlərini dünya ictimayətinə çatdırmaq yolunda
Quba şəhərində Qarabağ həqiqətlərini Dünya ictimayətinə çatdırılması üçün Virtual Qarabağ Mərkəzi Yaradıldı
“Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. May ayının 23-də Quba şəhərində fəaliyyət göstərən, Amsar kənd orta təlim həyata keçirildi.. Təlimi giriş sözü ilə açan Birliyin rəhbəri Ramil Süleymanov təlim iştirakçılarına, bu təlimin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi dəstəyi ilə baş tutduğunu və bu layihənin məqsədi haqqında iştirakçılara geniş məlumatlar verdi. Təlimi Birliyin sədr müavini Ayaz Abuşov və Azerveb saytının administratoru Fərhadov Fərid və Sumqayıt Regionla Təlimçilər Mərkəzinin təlimçisi Əli Məmmədov və Birliyin Quba Regional nümayəndəliyin rəhbəri Habil Bayramlı aparırdı. Təlimdə 25 nəfər gənc iştirak edirdi. Təlimdə İnformasiya müharibəsi nədir? və nə üçün önəmlidir? Mövzusunda maraqlı məlumatlara verildi. Əsas diqqət Qarabağ həqiqətlərinin düzgün şəkildə Beynəlxalq ictimayətə çatdırılması idi. Təlimdə iştirakçılara Vikipediyada düzəlişlərin necə olunması haqqında da geniş məlumatlar verildi. Daha sonra iştirakçılar kompyuter arxasına keçərək, öyrəndiklərini öz praktikalarında sınamağa başladılar. Daha sonra Habil Bayramlı çıxış edərək, bu layihənin böyük əhəmiyyət daşıdığını bildirdi. Bunun üçün Gənclər İdman Nazirliyinə və layihənin icraçısı Demokratik Gənclər İctimai Birliyinə öz təşəkkürünü bildirdi. Məktəbin direktoru Habil Bayramlının sözlərinə görə Quba rayon Amsar kənd orta məktəbi bu gün məktəbdə olan internetdən şagirdlərin səmərəli istifadə etməsi üçün, məktəbli şagirdlərdən ibarət Virtual Qarabağ Mərkəzinin yaradılmasını təklif etdi və bu mərkəzin mütəmadi işləməsi üçün əlindən gələn köməkliyi edəcəyini bildirdi. Ramil Süleymanov və onunla bu təlimdə iştirak edən qonaqlar bu fikri bəyəndilər. Onun sözlərinə görə bu mərkəzin daim çalışması üçün əlindən gələn köməkliyi göstərəcəyini bildirdi. Daha sonra bu mərkəzdə könüllü çalışacaq insanlarla Ramil Süleymanov söhbət etdi və Mərkəzin necə çalışacağı haqqında ətraflı məlumat verdi. Demokratik Gənclər İB bu mərkəzlərin sayını çoxaltmaq üçün, Sumqayıt şəhərində və Masallı rayonunda da bu təlimləri keçəcək və Mərkəzləri yaradacaq. Mərkəzin əsas məqsədi gündəlik Vikipediyada Qarabağla olan məlumatları rus və ingilis dilində izləmək yanlış məlumatları düzəldərək, onu dünya ictimaiyyətinə çatdırmaq.
Çinarə Hüseynova “Demokratik Gəncləri” İB-nin Mətbuat xidmətinin rəhbəri
Comments
Post a Comment